...

Paytaxt havasında dəm qazının miqdarı normanı ötüb

Cəmiyyət Materials 31 Avqust 2023 01:11 (UTC +04:00)
Paytaxt havasında dəm qazının miqdarı normanı ötüb
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Atmosfer havasının keyfiyyətinin monitorinqi gündəlik olaraq Bakı şəhərinin Səbail, Xətai, Nizami, Nərimanov rayonları və Sumqayıt, Gəncə şəhərləri ərazisində hava keyfiyyəti üzrə fasiləsiz fəaliyyət göstərən avtomatik stansiyalar vasitəsilə həyata keçirilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildirilib ki, stansiyalardan əldə edilən məlumatların təhlilinə əsasən, gün ərzində Bakı şəhəri üzrə hava keyfiyyət göstəricilərindən dəm qazının miqdarı 1.4, azot-4 oksid 1.3, Sumqayıt şəhərində dəm qazı 1.1, azot-4 oksid 1.2 dəfə normadan yüksək müəyyən edilib.

Dəm qazı və azot-4 oksidin miqdarının normadan yüksək olmasına səbəb nəqliyyatın hərəkətinin intensiv xarakter daşıması, sənaye müəssisələrinin fəaliyyəti və insan faktoru ilə əlaqədardır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti