...

Biləsuvarda oğul atasını qətlə yetirdi

Cəmiyyət Materials 8 Sentyabr 2023 09:07 (UTC +04:00)
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Biləsuvarda 52 yaşlı kişi yetkinlik yaşına çatmayan oğlu tərəfindən qətlə yetirilib.

Trend xəbər verir ki, bu barədə Biləsuvar Rayon Prokurorluğu məlumat yayıb.

Bildirilib ki, sentyabrın 7-də Biləsuvar rayonunun Bəydili kənd sakini 1972-ci il təvəllüdlü Oqtay Soltanovun yaşadığı evdə kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

İlkin araşdırma zamanı Oqtay İbrahimovun yetkinlik yaşına çatmayan oğlu tərəfindən qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. O, saxlanılıb.

Faktla bağlı Biləsuvar rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti