...

Xankəndi və Xocavənddə aqrometeoroloji stansiyalar quraşdırılacaq

Cəmiyyət Materials 5 Oktyabr 2023 16:30 (UTC +04:00)
Xankəndi və Xocavənddə aqrometeoroloji stansiyalar quraşdırılacaq
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Xankəndi və Xocavənddə aqrometeoroloji stansiyalar quraşdırılacaq.

Trend xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov deyib.

"Qarabağ və Şərqi Zəngəzurda da hidrometeoroloji şəbəkənin genişləndirilməsi istiqamətində işlər aparılır. Həmin ərazilərdə 11 hidrometeoroloji, 5 meteoroloji stansiya fəaliyyət göstərir. Bu stansiyalardan məlumatlar gündəlik olaraq Situasiya Mərkəzinə ötürülür.

Ağdam, Füzuli, Şuşa, Kəlbəcər, Laçında belə stansiyalar fəaliyyət göstərir. Gələcəkdə həmin ərazilərdə yeni aqrometeoroloji stansiyaların quraşdırılması nəzərdə tutulub. Həmin stansiyalar azad edilmiş ərazilərdə gələcəkdə kənd təsərrüfatı sahəsinə, ümumilikdə ölkənin iqtisadiyyatına öz bəhrəsini verəcək. Xankəndi və Xocavənddə kənd təsərrüfatı üçün geniş imkanların olduğunu nəzərə alsaq, orada iki ədəd aqrometeoroloji stansiyanın quraşdırılmasını planlaşdırırıq", - deyə N.Mahmudov bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti