...

MDU-da Mingəçevir şəhərinin 75 illik yubileyinə həsr olunmuş sərgi açılıb (FOTO)

Cəmiyyət Materials 11 Oktyabr 2023 00:06 (UTC +04:00)
MDU-da Mingəçevir şəhərinin 75 illik yubileyinə həsr olunmuş sərgi açılıb (FOTO)

Bakı. Trend:

Oktyabrın 10-da Mingəçevir Dövlət Universitetində (MDU) Mingəçevir şəhərinin 75 illik yubileyinə həsr olunmuş rəsm-satış sərgisi keçirilib.

MDU-dan Trend-ə bildirilib ki, xeyriyyəçilik məqsədi daşıyan sərgidə universitet tələbələrinin müxtəlif janrlarda hazırlanmış əl işləri təqdim olunub.

Sərgidə Mingəçevir şəhər Təhsil sektorunun və şəhərin ümumtəhsil məktəblərinin rəhbərləri, mətbuat nümayəndələri, MDU-nun akademik və inzibati heyət üzvləri, tələbə və magistrantlar iştirak ediblər.

Ziyarətçilər tərəfindən böyük maraqla qarşılanan sərgidə tələbələrin fitri istedadı, fərdi bacarıqları və yüksək vətənpərvərlik ruhu diqqət çəkib. Vətən müharibəsi, Tarixi Zəfər, Şuşa, Azərbaycan-Türkiyə qardaşlığı, vətənpərvərlik, təbiət və digər mövzulara həsr olunan əl işlərinin nümayiş etdirildiyi sərgi bayram əhvali-ruhiyyəsində keçib. Satış-sərgidən əldə olunan vəsaitlə nevroloji xəstəliklərdən əziyyət çəkənlərə və xüsusi ehtiyacı olan uşaqlara dəstək göstəriləcək.

Qeyd edək ki, Mingəçevir şəhərinin 75 illik yubileyi münasibətilə MDU-da müxtəlif tədbirlər keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti