...

Azərbaycan dünyaya əsl multikulturalizm modelini nümayiş etdirir - Mefodi Əfəndiyev

Cəmiyyət Materials 11 Yanvar 2024 16:46 (UTC +04:00)
Azərbaycan dünyaya əsl multikulturalizm modelini nümayiş etdirir - Mefodi Əfəndiyev
Xəyal Hətəmzadə
Xəyal Hətəmzadə
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan dünya arenasında əsl multikultural cəmiyyət nümayiş etdirən ölkə kimi tanınır və müxtəlif din və millətlərin nümayəndələrinin necə sülh içində yaşayaraq, konstruktiv dialoq qura biləcəyinə dair bir çoxları üçün nümunədir.

Trend xəbər verir ki, bu barədə Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının protoiereyi Mefodi Əfəndiyev jurnalistlərə deyib.

Onun sözlərinə görə, buna misal olaraq Azərbaycanı müxtəlif ölkə və dinlərin nümayəndələrinin rast gəlindiyi platformaya çevirən dinlərarası və mədəniyyətlərarası dialoqu göstərmək olar.

"Pravoslav icması, Qafqaz Müsəlmanları İdarəsi, həm Avropa, həm də Dağ Yəhudiləri İcmaları, eləcə də digər dini icmalar arasında necə dərin və dostluq münasibətlərin olması heç kim üçün sirr deyil. Biz hamımız bir cəbhədəyik, həmçinin bu və ya digər məsələ və problemləri konsultativ dialoq çərçivəsində həll edirik", - o deyib.

ABŞ Dövlət Departamenti tərəfindən bu yaxında dini azadlıqlar barəsində dərc olunan hesabata toxunan protoierey, bu hesabatın dini mənsubiyyətindən asılı olmayaraq, bütün Azərbaycan vətəndaşlarında mənfi reaksiya doğurduğunu qeyd edib.

"Növbəti dəfə Azərbaycanı dinlərarası dialoq, dini tolerantlıq və bu aspektlərlə əlaqədar multikulturalizm təzahürünün olmadığı ölkələrlə müqayisə etməyə cəhd göstərilir. Biz Azərbaycan vətəndaşları olaraq ölkəmizdə Azərbaycan multikulturalizm modeli adlı uğurlu multikulturalizm modelinin formalaşdığını təsdiq edə bilərik. Bu modelin məğzi ondan ibarətdir ki, fərqli dini icma və milli azlıqların nümayəndələri sülh və razılıq içərisində yaşayırlar", - deyə protoierey əlavə edib.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti