...

Bir qrup xanım Ağdamın Baş Qərvənd kəndində minatəmizləmə əməliyyatlarına cəlb olunub - ANAMA İdarə Heyətinin sədri

Cəmiyyət Materials 16 Yanvar 2024 12:50 (UTC +04:00)
Bir qrup xanım Ağdamın Baş Qərvənd kəndində minatəmizləmə əməliyyatlarına cəlb olunub - ANAMA İdarə Heyətinin sədri
Zaur Mustafayev
Zaur Mustafayev
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün ANAMA-nın ofisində Səudiyyə Ərəbistanının Kral Salman adına Humanitar Yardım Mərkəzi ilə ANAMA arasında anlaşma memorandumu imzalanıb. Memoranduma əsasən, Səudiyyə Ərəbistanı hökuməti tərəfindən Kral Salman adına Humanitar Yardım Mərkəzi vasitəsilə Azərbaycanda minatəmizləmə fəaliyyətini dəstəkləmək məqsədilə maliyyə yardımının ayrılması nəzərdə tutulur. İnanıram ki, bu Azərbaycan və Səudiyyə Ərəbistanıarasında qardaşlıq münasibətlərinin təzahürüdür.

Trend xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, 2020-ci ilin noyabrından bugünədək 118 min hektardan çox ərazi minalardan və partlayış təhlükəli sursatlardan təmizlənib.

"18 mindən çox piyada əleyhinə, 31 mindən çox tank əleyhinə minalar, 60 mindən çox partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

2020-ci ildən sonra mina qurbanlarının sayı 341 nəfərdir və 65 nəfəri təəəssüf ki, həyatını itirib. Statistika göstərir ki, baş vermiş mina hadisələrinin 70 faizi keçmiş təmas xəttindən içəridə olan ərazilərdə baş verib.

Bir qrup xanım Ağdamın Baş Qərvənd kəndində minatəmizləmə əməliyyatlarına cəlb olunublar", - deyə ANAMA sədri əlavə edib.

Qeyd edək ki, bu gün Bakıda Səudiyyə Ərəbistanının Kral Salman adına Humanitar Yardım Mərkəzi tərəfindən Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinə (ANAMA) maliyyə yardımı göstərilməsi haqqında Memorandum imzalanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti