...

Cinayətlər ötən illə müqayisədə 6,1% azalıb - Xanlar Vəliyev

Cəmiyyət Materials 18 Yanvar 2024 15:19 (UTC +04:00)
Cinayətlər ötən illə müqayisədə 6,1% azalıb - Xanlar Vəliyev
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Silahlı Qüvvələrdə ayrı-ayrı, xüsusən də ölümlə nəticələnən cinayətlərin qarşısının alınması məqsədilə, hər zaman olduğu kimi, hesabat dövründə də məhkəmə və istintaq təcrübəsi ümumiləşdirilərək, müxtəlif vaxtlarda Respublika Hərbi Prokurorluğunun kollegiya iclaslarında silahlı birləşmələrin rəhbər vəzifəli şəxslərinin iştirakı ilə müzakirə edilib, kollegiyaların qərarlarına əsasən zəruri tədbirlərin görülməsi təmin olunub. Sözügedən istiqamətdə səmərəliliyi artırmaq məqsədilə aidiyyatı dövlət qurumları ilə birgə bir sıra digər işlər də görülüb.

Trend xəbər verir ki, bunu Hərbi Prokurorluqda keçirilən geniş kollegiya iclasında Hərbi prokuror, ədliyyə general-leytenantı Xanlar Vəliyev deyib.

O qeyd edib ki, bütün bunların nəticəsində də hesabat dövründə qeydə alınmış cinayətlər ötən illə müqayisədə ümumilikdə 6,1%, hərbi xidmət əleyhinə olan cinayətlər isə 24,2% azalıb.

"Eyni zamanda, 2022-ci illə müqayisədə 2023-cü ildə qeydə alınan qəsdən adam öldürmə cinayətləri 40%; özünü öldürmə həddinə çatdırma cinayətləri 9,1%; tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma cinayətləri 12,9%; əmri icra etməmə cinayətləri 66,7%; hərbi xidmətdən yayınma cinayətləri 33,7%; hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etmə cinayətləri 37,9%; maşınları idarəetmə və istismar qaydalarını pozma cinayətləri 26,1% və xuliqanlıq cinayətləri 16,7% azalıb", - deyə X.Vəliyev bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti