...

Payız semestrində təhsil krediti alan tələbələrin sayı AÇIQLANDI

Cəmiyyət Materials 23 Yanvar 2024 20:47 (UTC +04:00)
Payız semestrində təhsil krediti alan tələbələrin sayı AÇIQLANDI
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Cari tədris ilinin payız semestrində təhsil tələbə krediti (TTK) almaq üçün müraciət edənlərin statistikası açıqlanıb.

Təhsil Tələbə Krediti Fondundan Trend-ə bildirilib ki, payız sessiyası ərzində 10 min 708 tələbə kredit almaq üçün müraciət edib.

Onlardan 115 nəfərin müraciəti natamam olub, 112 nəfərin müraciəti emal mərhələsindədir. Habelə 1908 nəfərin müraciətinə imtina cavabı verilib, 41 nəfərin müraciəti isə banka yönləndirilib.

Payız sessiyası üzrə 8 min 532 nəfərə TTK verilib. Onların arasından 2 min 889 nəfərin müraciəti sosial TTK, 5 min 643 nəfərin müraciəti isə standart TTK olaraq rəsmiləşdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti