...

Paytaxtda külək 21 m/s-dək güclənib - FAKTİKİ HAVA

Cəmiyyət Materials 15 Fevral 2024 12:34 (UTC +04:00)
Paytaxtda külək 21 m/s-dək güclənib - FAKTİKİ HAVA
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Milli Hidrometeorologiya Xidmətinin fevralın 15-i saat 12:00-a olan məlumatına əsasən şimal və qərb rayonlarından başlayaraq bəzi yerlərdə yağıntılı hava şəraiti müşahidə olunur. Naxçıvan MR, Biləsuvar, Şəki, Oğuz, Zaqatalada yağış, Şahdağda isə qar yağır.

Xidmətdən Trend-ə verilən xəbərə görə, şimal-qərb küləyi arabir Bakıda və Abşeron yarımadasında 21 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən dənizdə dalğanın hündürlüyü 2 metrə çatıb.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 8, Naxçıvan MR-də 10, Aran rayonlarında 11, yüksək dağlıq ərazilərdə isə 1 dərəcəyədək istidır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti