...

Bakıda idman gimnastikası üzrə Dünya Kubokunun ikinci gününün ən gözəl anları (FOTO)

Cəmiyyət Materials 8 Mart 2024 22:01 (UTC +04:00)
Bakıda idman gimnastikası üzrə Dünya Kubokunun ikinci gününün ən gözəl anları (FOTO)
Cani Babayeva
Cani Babayeva
Bütün xəbərlər

Bakı. Trend:

Martın 8-də Bakıda yerləşən Milli Gimnastika Arenasında idman gimnastikası üzrə FIG Dünya Kubokunun ikinci günü keçirilir.

Trend xəbər verir ki, bu gün kişi idman gimnastikasının nümayəndələri gimnastika atında hərəkətlər, köndələn tir üzərində hərəkətlər, eləcə də dayaq tullanışı, qadın idman gimnastikasının nümayəndələri isə sərbəst hərəkətlər və gimnastika tiri üzərində hərəkətlər nümayiş etdirirlər.

Yarış çox gərgin mübarizə şəraitində keçir, idmançılar yüksək nəticələr nümayiş etdirirlər.

Qeyd edək ki, idman gimnastikası üzrə Dünya Kuboku Milli Gimnastika Arenasında (7-10 mart) keçirilir. Yarışlarda dünyanın 67 ölkəsindən 300 idmançı iştirak edir.

Bakıda keçirilən Dünya Kuboku 2024-cü il Olimpiya Oyunları üçün kvalifikasiya xarakteri daşıyır. Yarışların yekunlarına görə on mükafat dəsti təqdim olunacaq. Həmçinin yarışlarda ən yüksək bal toplayan gimnastlara "AGF Trophy" kuboku təqdim olunacaq.

Foto: Zaur Mustafayev.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti