Bakı. Trend:
Naxçıvan Muxtar Respublikasının keçmiş Maliyyə naziri Əliyev Rafael Rza oğlu və Dövlət Gömrük Komitəsinin Gömrük tariflərinin tənzimlənməsi və ödənişlər şöbəsinin rəisi vəzifəsində işləmiş Əsgərov Mənsur Turan oğlunun barəsində ibtidai araşdırılması yekunlaşmış cinayət işi Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsində məhkəmə icraatındadır.
Trend xəbər verir ki, qeyd
olunan şəxslər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin
179.4-cü (xüsusilə külli miqdarda vəsaitlərin mənimsənilməsi)
maddəsi ilə nəzərdə tutuımuş əməlləri törətməkdə
təqsirləndirilir.
Qeyd edək ki, Rafael Əliyev və Mənsur Əsgərov 2022-ci ilin noyabr
ayında Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti
tərəfindən həyata keçirilən araşdırma tədbirləri nəticəsində
cinayət məsuliyyətinə cəlb ediliblər.