...

Dünya Kuboku: Almaniya gimnastı topla hərəkətlərdə birinci yeri tutub

Cəmiyyət Materials 21 Aprel 2024 13:32 (UTC +04:00)
Dünya Kuboku: Almaniya gimnastı topla hərəkətlərdə birinci yeri tutub
Cani Babayeva
Cani Babayeva
Bütün xəbərlər

Bakı. Trend:

Almaniyanı təmsil edən Daria Varfolomeyev Bakıda keçirilən bədii gimnastika üzrə Dünya Kubokunda topla hərəkətlərdə birinci yeri tutub.

Trend xəbər verir ki, bu proqramda gimnastın nəticəsi 34.200 xal olub.

İkinci yeri bolqarıstanlı Yeva Brezəliyeva tutub. Onun çıxışı hakimlər tərəfindən 33.800 balla qiymətləndirilib, üçüncü yeri 33.800 balla ukraynalı Taisiya Onofriyçuk tutub.

Qeyd edək ki, aprelin 19-21-də Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə Dünya Kuboku yarışları keçirilir.

Xəbər lenti

Xəbər lenti