...

Əmək qabiliyyətli şəxslərə sığorta ödənişi qaydası dəyişir

Cəmiyyət Materials 23 Aprel 2024 17:32 (UTC +04:00)
Əmək qabiliyyətli şəxslərə sığorta ödənişi qaydası dəyişir
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Əmək qabiliyyətli şəxslərə sığorta ödənişi qaydası dəyişir.

Trend-in məlumatına görə, bununla bağlı Baş nazir Əli Əsədovun qərarı ilə “Sığorta ödənişinin verilməsi Qaydası”nda dəyişiklik edilir.

Dəyişikliyə əsasən, “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 13.2.3-cü maddəsində nəzərdə tutulan halda sığorta hadisəsinin baş verdiyi tarixdən əvvəlki ardıcıl gələn 36 təqvim ayı ərzində müddətli əmək müqaviləsi (“Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən haqqı ödənilən ictimai işlərin təşkili istisna olmaqla) üzrə ən azı 24 ay sığorta stajına malik olan əmək qabiliyyətli şəxslərə minimum sığorta ödənişi təyin edilir. Bu halda sığorta ödənişinin müddəti 3 ay təşkil edir və hər ay üçün bərabər məbləğdə ödənilir.

Dəyişiklikdən əvvəlki qaydaya əsasən isə ən azı 30 ay sığorta stajına malik olan əmək qabiliyyətli şəxslərə minimum sığorta ödənişinin təyin edilməsi nəzərdə tutulurdu.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti