Bakı. Trend:
Yay günlərinin son istirahət günü - avqustun 25-də Heydər Əliyev Mərkəzinin parkında “Yay Festivalı” adlı bağlanış konserti olacaq.
Trend xəbər verir ki, paytaxt sakinləri və şəhərimizin qonaqları həmin gün saat 20:00-da parkda sevilən müğənnilərin ifasını dinləyib, gözəl yay axşamı keçirə biləcəklər.
Konsertin istənilən auditoriyanın marağını cəlb etməsi üçün
zəngin proqram hazırlanıb. “Yay Festivalı”nda məşhur musiqi
xadimlərimizin iştirakı ilə müxtəlif janrlarda mahnılar ifa
olunacaq. Sevdiyimiz və hər zaman böyük həvəslə dinlədiyimiz bu
ifalar duet, yaxud kollektiv şəklində səslənəcək. Yenilik isə ondan
ibarətdir ki, əksər mahnılar belə interpretasiyada ilk dəfə təqdim
olunacaq. Məqsəd isə musiqidə nəsillərin dialoqunu nümayiş
etdirməkdir.
Konsertdə Almaxanım Əhmədli və Aygün Bəylərlə virtual duet, Almaz
Ələsgərli və Elçin Cəfərov, Aygün Kazımova və Zamiq Hüseynov, Elnur
Məmmədov və Günay İbrahimli, Ədalət Şükürov və Nigar Camal, Faiq
Ağayev və Dilarə Kazımova, Xəyyam Nisanov və Aysel, Könül Xasıyeva
və İlkin Əhmədov, Mələkxanım Eyyubova və Ramal İsrafilov, Mənsum
İbrahimov və Elnarə Xəlilova, Murad Arif və Mərdan Kazımov, Mübariz
Tağıyev və Cavidan Fatihi, Nazim Pişyari və Mehin Hümbətova,
Nazpəri Dostəliyeva və İlkin Dövlətov, Nisə Qasımova və Abbas
Bağırov, Niyaməddin Musayev və “Döngə” qrupu, PRoMete və Samirə
AliMəryam, “Rast” qrupu və Jamal Hashım, Sevda Ələkbərzadə və
“Nənələr” qrupu, Tünzalə Ağayeva və Nadir Rüstəmli duetləri, eləcə
də Gülyaz və Gülyanaq Məmmədovalar və Kamilə Nəbiyeva, İlahə
Rüstəmova, həmçinin Təyyar Bayramov, Rəvanə Əmiraslanlı, Mirəli
Sarızadə, daha sonra isə Səbinə Babayeva, Sona Əzizova, Atilla
Qərib, Atilla Məmmədov çıxış edəcək.