Bakı. Trend:
Sentyabrın 1-i saat 06:00-dan etibarən Bakı şəhərinin Səbail rayonu, Nizami küçəsində (K.Səfərəliyeva küçəsindən Rəşid Behbudov küçəsinə qədər) təmir-bərpa işləri aparılacağı üçün bu ərazidə nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.
Bu barədə Trend Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) istinadən məlumat verir.
Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları və hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur.