Bakı. Trend:
3 saylı Uşaq evi Sosial Xidmət Müəssisəsi ilə bağlı səslənən iddialar Sosial Xidmətlər Agentliyi (SXA) tərəfindən xüsusi nəzarətə götürülüb.
Agentlikdən Trend-ə verilən məlumata görə, hazırda bununla bağlı araşdırma aparılır.
Bildirilib ki, müəssisə sakinlərinin mənafeyi əsas götürülərək lazımi işlər təmin olunacaq.
"Məlumat üçün deyək ki, adıçəkilən müəssisə təxminən 1 aydır ki,
hüquqi olaraq SXA-nın idarəetməsindədir. Sosial Xidmətlər
Agentliyinin tabeliyində olan digər müəssisələrdə olduğu kimi bu
müəssisədə də müasir sosial xidmət prinsiplərinin tətbiqi üçün
lazımi addımlar atılır. Neqativ halların qarşısının alınması, orada
qalan sakinlərin lazımi sosial xidmətlərlə təmini istiqamətində iş
aparılır.
Mediada iddiası yayılan müəssisənin sakini Ramal Rəsulov isə özünün
istəyinə əsasən və mövcud psixoloji vəziyyəti nəzərə alınaraq,
artıq Agentliyin digər müəssisəsinə yerləşdirilib. Onun sosial
psixoloji reabilitasiyası üçün lazımi iş aparılmaqdadır", - deyə
əlavə edilib.