...

Bu gün Bakının bəzi ərazilərində qaz olmayacaq - XƏBƏRDARLIQ

Cəmiyyət Materials 14 Avqust 2025 09:19 (UTC +04:00)
Bu gün Bakının bəzi ərazilərində qaz olmayacaq - XƏBƏRDARLIQ
Rəşid Qarayev
Rəşid Qarayev
Bütün xəbərlər

Bakı.Trend:

Bu gün 10:00-dan etibarən Bakının Xəzər, Qaradağ və Səbail rayonları ərazisində qaz təchizatı dayandırılacaq.

Trend xəbər verir ki, bu barədə “Azəriqaz” İB məlumat yayıb.

Bildirilib ki, qaz təchizatında dayanma xətlərdə görüləcək təmir işləri ilə əlaqədardır.

Məlumata görə, təmir işləri aparılan müddətdə Xəzər rayonu üzrə Şüvəlan qəsəbəsinin və Gülçülük yaşayış massivinin, Qaradağ rayonu üzrə Puta qəsəbəsinin, Səbail rayonu üzrə isə Z.Yusifzadə, A.Məmmədov, L.Babayev, Ə.Nəzmi, A.Nəsirov, M.Useynov, Xanlar, S.Qədimova və A.Abbaszadə küçələrinin qaz təchizatında məhdudiyyət fasilə yaranacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti