Bakı.Trend:
Həm süni göllər, həm müasir akvakultura mərkəzləri, həm də kanal tipli təsərrüfatların ümumi sayı 76-ya çatıb. Bəzi bu tipli təsərrüfatlar qeydiyyata düşməsələr də, fəaliyyət göstərirlər.
Bunu Trend-ə müsahibəsində Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən "Balıqçılıq və Akvakultura Mərkəzi" publik hüquqi şəxsin direktoru Ceyhun Əliyev deyib.
O bildirib ki, akvakultura mərkəzlərinin qeydiyyat prosesinin asanlaşdırılması məqsədilə qanunvericiliyə təkliflər hazırlanıb.
C.Əliyev əlavə edib ki, balıqçılıqla bağlı elektron uçotun yaradılması planlaşdırılır.
"Bunun əsas məqsədi balıqçılıq sahəsində fəaliyyət göstərən subyektlərin fəaliyyətinin şəffaflaşdırılmasıdır. Digər proses isə akvakultura təsərrüfatlarının istehsalatının dayanıqlığını təmin etmək məqsədilə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən növbəti illərdə sahibkarlara subsidiya və dəstək mexanizmlərinin hazırlanmasıdır".
