...

Qubada yol nişanlanma işləri aparılır - AYNA

Cəmiyyət Materials 13 Noyabr 2025 16:50 (UTC +04:00)
Qubada yol nişanlanma işləri aparılır - AYNA
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən regionlarda yol hərəkəti təhlükəsizliyinin artırılması və nəqliyyatın fasiləsizliyinin təmin olunması məqsədilə nişanlanma işləri davam etdirilir.

Trend xəbər verir ki, bu barədə AYNA məlumat yayıb.

Bildirilib ki, M1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 208 kilometrlik hissəsində nişanlanma işləri həyata keçirilib və təhlükəsizlik səviyyəsinin artırılması məqsədilə müvafiq nişanlar quraşdırılır.

Quba şəhərinin Heydər Əliyev prospekti, Zəfər, Nəriman Nərimanov və Cəfər Cabbarlı küçələrində də üfüqi nişanlanma xətlərinin yenilənməsi həyata keçirilib. Ümumilikdə 37 kilometrlik ərazidə xətləmə işləri görülüb.

Hazırda yol nişanlanma işləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti