Bakı. Trend:
Qeyd edək ki, kredit həyat sığortası kredit müraciəti zamanı
könüllü olaraq təklif edilir. Kredit götürən şəxs bu üstünlükdən
yararlana da bilər, üstünlükdən imtina da edə bilər.
Kredit həyat sığortasının qiyməti kredit götürən şəxsin yaşı,
kreditin müddəti və məbləğindən asılı olaraq dəyişir. Və təbii ki,
müştərinin ödədiyi məbləğ qarşılığında əldə edəcəyi təminat olduqca
yüksəkdir.
Kredit həyat sığortası tam olaraq kredit müddətini əhatə edir.
Müştərinin ölüm, xəstəlik və ya bədbəxt hadisə nəticəsində
əlilliyinin təyin olunması hallarında, sığorta şirkəti qalan kredit
borcunu qarşılayır. Kredit götürənin vəfat etməsi və ya xəstəlik,
bədbəxt hadisə nəticəsində əlilliyinin yaranması hallarında bu
sığorta məhsulu çərçivəsində kredit borcunun ödənilməsi təmin
edilir. Bu hallarda borcun ödənilməsi həyat sığorta şirkəti
tərəfindən həyata keçirilir.
Məhsul kredit götürənin ailəsinin maddi çətinliklərlə üzləşməsinin
qarşısını almaq məqsədi daşıyır. İstehlak krediti götürən şəxsin və
ailəsinin maliyyə təhlükəsizliyini təmin etmək üçün olduqca faydalı
məhsuldur.
Sığorta məhsulu haqqında daha ətraflı məlumat əldə etmək üçün “PAŞA Həyat Sığorta” ASC-nin çağrı mərkəzinə (942) və ya onlayn platforma üzərindən https://pasha-life.az/products/kredit-heyat-sigortasi/ müraciət edə bilərsiniz.