...

Azərbaycanda heyvanlardan minatəmizləmədə istifadə edilməsinin hüquqi əsası yaradılır

Cəmiyyət Materials 30 Dekabr 2025 12:05 (UTC +04:00)
Azərbaycanda heyvanlardan minatəmizləmədə istifadə edilməsinin hüquqi əsası yaradılır
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda heyvanlardan minatəmizləmə fəaliyyətində partlayıcı sursatların aşkarlanması məqsədilə istifadə edilməsinin hüquqi əsası yaradılacaq.

Trend-in məlumatına görə, bu məsələ Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunan "Heyvanlar aləmi haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Layihəyə əsasən, bu qanun, digər normativ hüquqi aktlarının tələblərinə əməl etmək şərtilə heyvanlardan minatəmizləmə fəaliyyətində partlayıcı sursatların aşkarlanması məqsədilə standart əməliyyat prosedurlarına uyğun istifadə edilməsi həyata keçirilə biləcək.

Qanun layihəsi səsverməyə qoyularaq bir oxunuşda qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti