Bakı. Trend:
Estetik cərrah Yaqub Əsədi və anestezioloq Cəmilə Əliyevanın həyata keçirdiyi əməliyyat zamanı xəstənin komaya düşməsi ilə faktı üzrə başlanan cinayət işi üzrə məhkəmə başlayıb.
Trend xəbər verir ki, Nəsimi rayon Məhkəməsində keçirilən prosesdə anket məlumatları dəqiqləşdirilib.
Məhkəmə baxışa verilib.
Məhkəmənin baxış iclası 13 fevralda keçiriləcək.
Qeyd edək ki, Bakıda yerləşən "MedAura" Klinikasında rinoplastika əməliyyatı olunan 34 yaşlı Nigar Budaqlı əməliyyatdan sonra komaya düşüb. Bir müddət iflic olaraq sonra yataq xəstəsi olub.
Hər iki şəxsə Cinayət Məcəlləsinin 314.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan səhlənkarlıq) maddəsi ilə ittiham elan edilib.
