...

Kənd təsərrüfatı məhsulları istehsalı müəssisələrinə yeni tələb qoyuldu

Cəmiyyət Materials 5 Fevral 2026 10:25 (UTC +04:00)
Kənd təsərrüfatı məhsulları istehsalı müəssisələrinə yeni tələb qoyuldu
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

“Kənd təsərrüfatı müəssisələrinin Baş planları. Layihələndirmə normaları” təsdiq edilib.

Trend-in məlumatına görə, bununla bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev müvafiq qərar imzalayıb.

Qərara əsasən, kənd təsərrüfatı müəssisələrinin baş planları “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında”, “Sanitariya-epidemioloji salamatlıq haqqında”, “Tullantılar haqqında”, “Heyvanlar aləmi haqqında” qanunlar və digər qüvvədə olan normativ tələblər nəzərə alınmaqla hazırlanmalıdır.

Ətraf mühitə təsirin qiymətləndirilməsi siyahısına daxil edilmiş kənd təsərrüfatı müəssisələri üçün bu qiymətləndirmə “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Qanuna uyğun olaraq yerinə yetirilməlidir.

Su, torpaq, meşə, bitki və heyvanlar aləmindən istifadənin əsaslandırılması, eləcə də torpaqların, bitki və heyvanlar aləminin, biomüxtəlifliyin mühafizəsi və bərpası, xüsusi mühafizə olunan təbiət ərazilərinin və obyektlərinin statusunun qorunması məqsədilə kooperativlərin, kənd təsərrüfatı məhsullarının istehsalı üzrə ixtisaslaşmış heyvandarlıq və quşçuluq məhsulları istehsalı müəssisələrinin, həmçinin irimiqyaslı kənd təsərrüfatı (aqroparklar), habelə balıqçılıq (o cümlədən akvakultura) təsərrüfatı fəaliyyəti üzrə layihələrin “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Qanunda nəzərdə tutulmuş qaydada ətraf mühitə təsirinin qiymətləndirilməsi sənədi hazırlanaraq dövlət ekoloji ekspertizası keçirilməli və “Kənd təsərrüfatı kooperasiyası haqqında” Qanunun tələbləri yerinə yetirilməlidir.

Məlumat üçün bildirək ki, qərar yanvarın 22-də qəbul edilib, fevralın 2-də Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilib, fevralın 3-dən qüvvəyə minib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti