Bakı.Trend:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şərur rayon şöbəsinin sabiq rəisi Həsən Məmmədovun məhkəməsi bitib.
Trend xəbər verir ki, Naxçıvan Hərbi Məhkəməsində hökm oxunub.
Hökmə əsasən, təqsirləndirilən şəxs 8 il azadlıqdan məhrum edilib.
Xatırladaq ki, Həsən Məmmədov Cinayət Məcəlləsinin 311.3.3-cü maddəsi (Rüşvət alma, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham edilib.
