...

OMBUDSMAN MASALLI, LERİK VƏ YARDIMLI RAYONLARINA SƏFƏR EDƏCƏK

Cəmiyyət Materials 4 Avqust 2005 15:46 (UTC +04:00)

Həftə sonunda Azərbaycanın insan hüquqları üzrə müvəkkili (ombudsman) Elmira Süleymanova ölkənin regionlarına növbəti səfəri planlaşdırır. Bu barədə Trend ə ombudsman bildirib.

Bu dəfə müvəkkil Masallı, Lerik və Yardımlı rayonlarına səfər etmək niyyətindədir. Səfər zamanı o, insan hüquqlarının müdafiəsi sahəsində vəziyyətlə tanış olacaq, həmin rayonların sakinləri ilə görüşərək yerlərdə onları qəbul edəcək.

Səfər gedişində ombudsman həmçinin hərbi hissələrə, qaçqın və məcburi köçkünlərin kompakt yaşadıqları yerlərə də baş çəkəcək.

Xəbər lenti

Xəbər lenti