...

AZƏRBAYCAN VƏ YUNESKO ƏMƏKDAŞLIĞIN İNKİŞAFI ÜZRƏ NİYYƏT PROTOKOLU İMZALAYACAQ

Cəmiyyət Materials 16 Avqust 2005 17:24 (UTC +04:00)

Azərbaycan və YUNESKO təhsil sahəsində əməkdaşlığın inkişafı ilə bağlı niyyət protokol imzalayacaq. Bu barədə Trend ə Azərbaycanın Təhsil Nazirliyinin xarici iləqalər və koordinasiya idarəsinin rəisi Mahir Əliyev bildirib. Onun sözlərinə görə, sənəd YUNESKO-nun baş katibi Koiçiro Matsuranın avqustun 23-24-də Azərbaycana çəfəri gedişində imzalanacaq.

İdarənin rəisinin sözlərinə görə, sənəd tərəflərin Azərbaycanda təhsil sistemini inkişaf etdirmək və islahatlar aparmaq sahəsində əməkdaşlığının genişləndirilməsini nəzərdə tutur.

M.Əliyevin sözlərinə görə, təşkilatın yardımı əsas etibaroilə texniki yardım göstərməkdən ibarət olacaq: azərbaycanlı mütəxəssislər üçün treninlərin və konfransların keçirilməsi, təhsil sisteminin təkmilləşdirilməsi üçün təkliflərin və tövsiyələrin təqdim olunması və s. Bu məsələlər YUNESKO-nun başkatibinin Azərbaycana səfəri gedişindən danışınların əsas diqqət mərkəzində olacaq.

K.Matsuuranın Azərbaycana səfəri gedişində onu YUNESKO-nun strategiya və planlaşdırma üzrə departamentinin baş direktoru Mirəsgər Hüseyn, təşkilatın Moskva bürosunun təhsil üzrə mütəxəssisi Dendev Badarq müşaiyət edəcəklər.

Xatırladaq ki, YUNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilən səfər çərçivəsində həmçinin "Azərbaycanın sarsılmaz gələcəyi üçün təhsildə islahatlar" mövzusunda da kofnrans keçiriləcək. Buraya səfirlər və eləcə də Azərbaycanda akkreditə olunmuş beynəlxalq təşkilatların nümayəndələri iştirak edəcəklər.

Xəbər lenti

Xəbər lenti