...

Şəhriyar Məmmədyarov qrup liderlərindən 0.5 xal geridə qalır

Cəmiyyət Materials 10 Mart 2006 12:33 (UTC +04:00)

İslandiyanın paytaxtı Reykyavikdə keçirilən beynəlxalq şahmat turnirində 4-cü turun partiyaları oynanılıb. Trend in xəbər verdiyi kimi, azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov islandiyalı X.Steynqrimssona qalib gələrək 3.0 xal toplayıb. O, 10-22-ci yerləri bölüşdürür və qrup liderlərindən 0.5 xal geridə qalır.

Bu turda Türkan Məmmədyarova da qalib gələrək aktivinə 2.0 xal yazdırıb. Bu gün Şəhriyar litvalı qrossmeyster Kveynislə üz-üzə gələcək.

Xəbər lenti

Xəbər lenti