...

Azərbaycan taekvandoçuları Eyndhovenə yola düşür

Cəmiyyət Materials 15 Mart 2006 16:23 (UTC +04:00)

Azərbaycanın taekvando üzrə komandası martın 17-də Eyndhovendə start veriləcək "A" kateqoriyalı beyənlxalq turnirdə iştirak edəcək.

Yığmanın baş məşqçisi Ələkbər İmaməliyevin Trend ə verdiyi məlumata görə, bu yarışda Dünya və Avropa çempionatının mükafatçıları Niyaməddin Paşayev (72 kq), Rəşad Əhmədov (78 kq), Zahid Məmmədov (54 kq), Elnur Amanov (58 kq) Təvəkkül Bayramov (84 kq) və Şahrun Yusifovadan (47 kq) başqa, İlkin Şahbazov (62 kq), Tural Vəlibəyov (67 kq), Fuad Nuriyev (72 kq), Ruslan İbrahimov (+84 kq), Fatma Əhmədova (51 kq), Arzu Bağırova (55 kq), Ramilə Süleymanova (59 kq), Yelena Abbasova (63 kq) və Dilarə Musayeva (72 kq) da çıxış edəcək. Baş Məşqçilər Qərargahı N.Paşayevin onun adət etmədiyi 72 kq çəki dərəcəsində çıxış edəcəyini bəyan edərək bir qədər eksperiment aparmağı qərara alıb.

Eyni zamanda A.İmiaməliyev Hollandiyada yığmanın, o cümlədən qadınlardan ibarət komandanın potensialını yoxlamaq niyyətindədir.

Xəbər lenti

Xəbər lenti