...

Yetkinlik yaşına çatmayan məhkumlar arasında monitorinqin 1-ci mərhələsi başa çatıb

Cəmiyyət Materials 27 Mart 2006 16:24 (UTC +04:00)

Uşaq Hüquqları üzrə QHT-lər Alyansının yuvenal ədliyyəsi tərəfindən yetkinlik yaşına çatmamış istintaq altında saxlanılanlar və məhkumlar arasında monitorinqinin 1-ci mərhələsi başa çatıb. Bu barədə Trend ə Alyansın sədri Nadir Seyidov məlumat verib.

N.Seyidovun sözlərinə görə, monitorinq qrupuna xüsusi təlim keçmiş hüquqşünaslardan və yuvenal ədliyyədə ixtisaslaşmış QHT nümayəndələrindən ibarət 7 nəfər daxildir. "İlk mərhələdə monitorinqə Bakı şəhərində yerləşən Uşaq Tərbiyə Müəssisəsində cəza çəkən 60, yetkinlik yaşına çatmayanlar üçün məhkəməyə qədər istintaq təcridxanasında saxlanılan 30 və çətin tərbiyə olunan uşaqlar üçün internatda təhsil alan 90 azyaşlı cəlb olunub. Onlardan müsahibələr alınıb, aralarında sorğular keçirilib. Bu sorğularda və müsahibələrdə həmçinin həmin azyaşlıların saxlanıldıqları müəssisələrin rəhbərləri də iştirak edib. Hazırda Bakı üzrə nümunəvi monitorinqin hesabatı hazırlanır" - deyə N.Seyidov bildirib.

Alyans rəhbərinin sözlərinə görə, aprel ayından başlayaraq Azərbaycanın bütün rayonları üzrə yetkinlik yaşına çatmayanlarla bağlı yuvenal ədliyyənin təşkil etdiyi bütün proseslər monitorinq olunacaq. May ayının sonunda irihəcmli hesabat hazırlanaraq Azərbaycan hökumətinə təqdim ediləcək.

Uşaq hüquqları üzrə QHT Alyansı yuvenal ədliyyənin inkişafı proqramının tərkib hissəsi olan bu monitorinqləri ATƏT-in dəstəyi ilə gerçəkləşdirir.

Xəbər lenti

Xəbər lenti