...

Azərbaycanın otüstü xokkey üzrə qadınlardan ibarət yığması Bakı turnirinin vaxtından əvvəl qalibi ola bilər

Cəmiyyət Materials 28 Mart 2006 19:42 (UTC +04:00)

Azərbaycanın otüstü xokkey üzrə qadınlardan ibarət yığması bu günlərdə Bakıda keçirilən turnirin vaxtından əvvəl qalibi ola bilər.

Trend ə verilən məlumata görə, çox şey martın 28-də keçiriləcək İtaliya-Ukrayna görüşünün nəticələrindən asılı olacaq. Əgər görüş heç-heçə başa çatsa, Adil Paşayevin yetirmələri özlərinə birinci yeri təmin edəcək. Hazırda 3 görüşdən sonra meydan sahiblərinin aktivində 7 xal var və onlar italyanları 5 xal qabaqlayır. Hələlik turnir cədvəlini "Skuadra Adzurra" ilə heç-heçə oynamış ukraynalılar qapayır.

Xəbər lenti

Xəbər lenti