...

Təhsil Nazirliyində korrupsiya ilə mübarizə komissiyası yaradılacaq

Cəmiyyət Materials 3 May 2006 19:37 (UTC +04:00)

Yaxın vaxtlarda Azərbaycan Təhsil Nazirliyində korrupsiya ilə mübarizə komissiyası yaradılacaq. Nazirlikdən Trend ə verilən məlumata əsasən, məsələ təhsil naziri Misir Mərdanovla ABŞ Vəkillər Assosiasiyasının korrupsiya ilə mübarizə məsələləri üzrə məsləhətçisi Robert Ayzmanla görüşdə müzakirə olunub.

Nazirlik universitet rəhbərlərinə korrupsiya ilə mübarizə tədbirlərinin gücləndirilməsi haqqında məktub göndərəcək. Burada məsələ ilə əlaqədar həyata keçiriləcək fəaliyyət planı və xüsusi proqramlar göstəriləcək.

Görüş zamanı tərəflər xüsusi işçi qrupunun yaradılması haqqında razılığa gələrək, bu qurumun üzvlərini müəyyənləşdirib.

Xəbər lenti

Xəbər lenti