...

197 azərbaycanlı abituriyent Rusiyanın ali məktəblərinə sənəd verib

Cəmiyyət Materials 11 May 2006 13:04 (UTC +04:00)

197 azərbaycanlı abituriyent Rusiyanın ali məktəblərinə sənəd verib. Tələbə qəbulu üzrə Dövlət Komissiyasından Trend ə verilən məlumata görə, onlardan 138-i oğlan, 59-u isə qızdır.

Abituriyentlərdən 60 nəfəri Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda, digərləri isə Rusiyanın başqa ali məktəblərində təhsil almaq istədiklərini bildiriblər. Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun abituriyentləri test imtmhanlarından 500-dən artıq bal toplamalıdırlar. Yalnız bundan sonra onlar müsabiqəyə buraxılacaqlar. Digər ali məktəblərin abituriyentlərinə isə 400-ə qədər bal toplamaq zəruridir.

Qəbul imtahanları mayın 12-nə təyin edilib.

Abituriyentlərə 3 ixtisas üzrə seçim etmək imkanı verilib. Abituriyentlər test imtahanlarını seçilmiş ixtisas qrupu çərçivəsində verməli və müsahibədən keçməlidirlər. Orta məktəbi Azərbaycan dilində qurtaran abituriyentlər üçün müsahibə rus dilində, Azərbaycan dilində qurtaranlar üçün isə Azərbaycan dilində aparılacaq.

Rusiya Federasiyasının ali məktəblərində təhsil pulsuz, digər xidmətlər, eləcə də yataqxanada yaşayış pulludur. Rusiya Federasiyasına təhsil almaq üçün gedən vətəndaşlara məcburi qaydada Tibbi sığorta polisi (ildə 150 ABŞ dollarına qədər) almaq vacibdir. Rusiyanın ali məktəbləri qəbul sınaqlarını aparmaq hüququnu özlərində saxlayırlar.

Xəbər lenti

Xəbər lenti