...

Akrobatik gimnastika üzrə Azərbaycan çempionatı başa çatıb

Cəmiyyət Materials 22 May 2006 10:52 (UTC +04:00)

Bakıda "Neftçi", "Təhsil", Bakı gimnastika məktəbi və Nizami rayon idman məktəbindən 30 idmançının iştirak etdiyi akrobatik gimnastika üzrə Azərbaycan çempionatı başa çatıb. Azərbaycan Gimnastika Federasiyasından Trend ə verilən məlumata görə, çoxnövçülük yarışlarının nəticələrinə görə bütün çempionlar müəyyən edilib.

Kişilərdən ibarət qrup: Rüstəm Nəcəfquliyev, İlham Abbasov, Vüqar Əhmədov və Fərid Məmmədov - 85.25 bal, Nizami rayon idman məktəbi.

Kişilərdən ibarət cütlük: Rəşid Mustafin və Mixail Malkin - 80.95 bal, gimnastika məktəbi.

Qadınlardan ibarət qrup: İnarə Haşimi, Könül Fərəcova və Dilarə Sultanova - 84.7 bal, Nizami rayon idman məktəbi.

Qadınlardan ibarət cütlük: Ayla Əhmədova və Dinarə Abbasova - 85.7 bal, gimnastika məktəbi.

Qarışıq cütlük: Faiq Sultanov və Tamara Balakişiyeva - 77.25 bal, gimnastika məktəbi.

Xəbər lenti

Xəbər lenti