...

20 ildən artıq prokurorluq orqanında çalışmış şəxslər hakimliyə qəbulla bağlı imtahandan azaddır

Cəmiyyət Materials 22 May 2006 16:26 (UTC +04:00)

Azərbaycanda 20 ildən artıq prokurorluq orqanında çalışmış şəxslər imtahandan azaddır. Bu barədə Trend ə Hakimlərin Seçki Komitəsinin sədri İman Nağıyev məlumat verib.

İ.Nağıyev bildirib ki, prokurorluq orqanında uzun müddətli iş stajı və nüfuzu olan şəxslərin vakant hakim yerlərinə təkrar imtahanda iştirakı vacib hesab olunmur. Həmin şəxslərin əsasən iş fəaliyyəti nəzərə alınır.

"Əlbəttə ki, uzun müddət prokurorluq orqanında çalışmış, lakin yüksək xidmət nümayiş etdirməmiş, dövlət və ictimaiyyət arasında hər hansı nüfuza sahib olmayan şəxslərə qarşı imtahanlar zamanı güzəştlər şamil olunmur. İş stajı ilə yanaşı nüfuz mütləqdir" - deyə İ.Nağıyev söyləyib.

İ.Nağıyev yaxın günlərdə vakant hakim yerlərinə təkrar sənəd qəbulunun dayandırılacağını və növbəti mərhələlərin başlanacağını bildirib.

Xəbər lenti

Xəbər lenti