...

"Karvan" futbol klubu öz liderlərini itirə bilər

Cəmiyyət Materials 13 Dekabr 2006 15:03 (UTC +04:00)

"Karvan" futbol klubunun liderləri ölkə çempionatında yaxın transfer pəncərəsində komandanı tərk edə bilərlər.

Trend xəbər verir ki, yevlaxlıların istedadlı tunisli yarımmüdafiəçisi Bəşir Muqadi "Sivaspor" türk klubunun diqqətini cəlb edib. O, kollektivin məşqçi qərargahında yaxşı təəssürat oyadıb və klub rəhbərliyi "Karvan"la futbolçunun transferi barədə müzakirələr aparmaq niyüyətindədir. Eyni zamanda, əvvəllər Bosfor sahillərində oynamış UEFA kubokunun iştirakçısı ivuarlı forvard Yaqub Bamba da "Qaziantepspor"un diqqətini çəkib. Yevlaxlıların Azərbaycan yığmasının yarımmüdafiəçisi Yuriy Muzıka isə birinci liqa Rusiya klublarından birinə dəvət alıb ki, onun ora keçməsi çox realdır.

Xəbər lenti

Xəbər lenti