...

Azərbaycanın Tələbə Qəbulu üzrə Dövlət Komissiyası magistraturaya imtahanlar keçirəcək

Cəmiyyət Materials 26 Dekabr 2006 15:22 (UTC +04:00)

2007-ci il yanvarın 28-də Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) magistraturaya növbəti imtahanları keçirəcək. Trend xəbər verir ki, TQDK sədri Məleykə Abbaszadə jurnalistlərə bildirib ki, magistraturaya sənəd qəbulu gələn il yanvarın 8-dən 18-nə kimi keçiriləcək.

TQDK sədri vurğulayıb: "2006-cı ilin yayında təhsilini davam etdirmək istəyən bakalavrlar yeni model əsasında magistraturaya imtahan veriblər. Qəbul "TEMPUS-TACIS" və "MBA" beynəlxalq modeli əsasında həyata keçirilib. Yay imtahanlarından sonra boş yerlər qaldığından TQDK əlavə seçim etmək barədə qərar çıxarıb. Ona görə magistrlik dərəcəsi almaq istəyən tələbələr irəlidə onları gözləyən sınağa hazırlaşmalıdırlar. Qəbul olan bakalavrlar artıq gələn ilin feralında təhsilə başlaya bilərlər".

Xəbər lenti

Xəbər lenti