...

Macarıstanın Apelyasiya məhkəməsində Ramil Səfərovun işi üzrə Azərbaycandan nümayəndə iştirak edəcək

Cəmiyyət Materials 1 Fevral 2007 16:40 (UTC +04:00)

Bu il fevralın 2-də Macarıstanda Apelyasiya məhkəməsinin azərbaycanlı zabit Ramil Səfərovun ömürlük həbsi haqqında 13 aprel 2006-cı il tarixli qərarla bağlı iş üzrə iclasında vəkil, Vəkillər Kollegiyasının (VK) üzvü İkram Şirinov AR Müdafiə Nazirliyi və Səfərovun valideynlərinin qanuni nümayəndəsi qismində məhkəmə zalında iştirak edə bilər, bu isə öz mövqeyini bildirmək hüququnu verəcək. Trend xəbər verir ki, bu barədə bu gün İ.Şirinov mətbuat konfransında bildirib.

R.Səfərov erməni zabiti Qurgen Marqaryanın qətlində ittiham olunur. Qeyd edək ki, R.Səfərovun müdafiəsi artıq apelyasiya şikayətinə düzəlişləri hazırlayıb və o, tezliklə məhkəməyə təqdim olunacaq.

Azərbaycan VK sədri Azər Tağıyevin sözlərinə görə, bu iş üzrə bütün məhkəmə prosesi zamanı bir çox pozuntulara yol verilib. Məsələn, həbs zamanı Səfərova onun hüquqları izah olunmayıb; əvvəlcə vəkili o özü deyil, prokuror seçib; rus-macar tərcüməçisi müttəhimin izahatlarını dəqiq tərcümə etməyib və başqaları. "Bir çox ölkələrdə son faktın olması ciddi pozuntu kimi qiymətləndirilir və bu, məhkəmə qərarının ləğv olunması üçün səbəb ola bilər. İndi Səfərovun rus-macar deyil, türk-macar tərcüməçisi olacaq", - deyə sədr vurğulayıb.

Macarıstan Apelyasiya məhkəməsinin səlahiyyətlərinə gəlincə, onlar Azərbaycanın Apelyasiya məhkəməsində olduğu kimidir, yəni məhkəmə əvvəlki qərarı qüvvədə saxlaya və ya qərarı ləğv edib, hakim heyətini dəyişərək, işi yenə də məhkəməyə göndərə bilər. Azərbaycan vəkilləri isə sonuncuya nail olmağa çalışırlar.

Bununla yanaşı, AR VK sədrinin sözlərinə görə, Macarıstan və Azərbaycan VK beynəlxalq əməkdaşlığı çərçivəsində o və İkram Şirinov Avropadakı həmkarlarının dəvəti ilə bir həftə əvvəl Macarıstanda olublar. Onlar orada avropalı həmkarlarının fəaliyyəti ilə tanış olublar. Səfər zamanı qonaqlar iki dəfə Səfərovun olduğu istintaq təcridxanasında olublar.

Səfərovun sağlamlıq vəziyyəti normaldır. O, vaxtaşırı öz vəkilləri ilə görüşür.

Xəbər lenti

Xəbər lenti