...

"Nafteks" futbol klubu "Turan"ın bolqar legionerinə maraq göstərir

Cəmiyyət Materials 5 Fevral 2007 11:19 (UTC +04:00)

"Nafteks" bolqar futbol klubu "Turan"ın yarımmüdafiəçisi Asen Nikolovu əldə etmək niyyətindədir.

Trend xəbər verir ki, komanda Burqas klubunu oyunu ilə gücləndirə biləcək yarımmüdafiəçiyə göz qoyub, lakin tərəflər məsələnin maliyyə tərəfində razılığa gəlməyiblər. "Nafteks" bolqar legioner üçün tələb olunan məbləği "Turan"a verə bilmir, ona görə tərəflər arasında danışıqlar dolaşığa düşüb.

Qeyd etmək lazımdır ki, A.Nikolov keçən qış tovuzlular tərəfindən transferə çxırılmışdı, bundan sonra onu Belqradın "Partizan" komandası icarəyə götürmüş, lakin bolqar oyunçu orada yalnız bir neçə ay qalıb. Ona görə istisna edilmir ki, Asen karyerasını bir zamanlar əsas oyunçu olduğu "Turan"da da davam edəcək.

Xəbər lenti

Xəbər lenti