...

Azərbaycanda "Quş qripi" virusuna yoluxması ehtimalı ilə xəstəxanaya yerləşdirilmiş Neftçala rayon sakini vəfat edib

Cəmiyyət Materials 6 Fevral 2007 12:35 (UTC +04:00)

Bu gün gecə aparılan müalicələrə ramən fevlalın 2-də "quş qripi" virusuna yoluxması ehtimalı ilə Ağ ciyar elmi-tədqiqat institutuna yerləşdirilmiş 1969-cu il təvəllüdlü Azərbaycanın Neftçala rayonu Boyaq kənd sakini Zəminə Zeynalova vəfat edib.

Azərbaycan Səhiyyə Nazirliyindən Trend ə bildiriblər ki, mərhumun analizləri ölkənin PZR laboratoriyasında tədqiq edilib. Laborator tədqiqatlar onda "quş qripi" virusunun olmasını təsdiqləməyib. Həkimlər tərəfindən mərhuma qoylumuş ilkin diaqnoz - ikitərəfli pnevmaniya olub.

Nazirlikdən bildiriblər: "Buna baxmayaraq, biz elə bu gecə analiz nümunələrini Ümumdünya Səhiyyə Təşkilatının Londondakı laboratoriyasına göndərəcəyik".

Xəbər lenti

Xəbər lenti