...

Azərbaycanın Səhiyyə Nazirliyi 44 aptekin fəaliyyətini dayandırıb

Cəmiyyət Materials 8 Fevral 2007 18:30 (UTC +04:00)

Azərbaycanın Səhiyyə Nazirliyi ölkədə 44 aptek müəssisəsinin fəaliyyətini dayandırıb. Bu barədə Trend ə səhiyyə naziri Oqtay Şirəliyev məlumat verib.

Onun sözlərinə görə, yerli bazarda keyfiyyətsiz dərman preparatlarının yaranmasının qarşısının alınması məsələsi nazirliyin daimi diqqəti altındadır.

"Tələblərə uyğun olmayan dərman preparatlarının satışı və apteklərin fəaliyyəti heç nəyə baxmayaraq dayandırılacaq. Azərbaycanda aptek müəssisələrinin fəaliyyətinin qayda və prinsipləri var və bunları hər bir müəssisə yerinə yetirməlidir", - deyə nazir qeyd edib.

İndiyədək soyuducu kameralar, işçilər üçün xüsusi geyim paylanıb, onların loqosu dəyişdirilib ki, alıcı aptekdə olduğunu başa düşsün.

Səhiyyə Nazirliyinin innovasiya və təchizat mərkəzinin məlumatına əsasən, ölkənin bəzi rayonlarında reydlər zamanı - yalnız Qəbələ, Oğuz və Şəkidə 28 qanunsuz fəaliyyət göstərən aptek müəssisəsi aşkar olunub.

Xəbər lenti

Xəbər lenti