...

Xocalı soyqırımının 15-ci ildönümü ilə bağlı Yaponiyanın Osaka əyalətində tədbirlər keçiriləcək

Cəmiyyət Materials 19 Fevral 2007 15:16 (UTC +04:00)

Azərbaycan-Yaponiya Dostluq Cəmiyyəti (AYDC) Xocalı soyqırımının 15-ci ildönümü ilə bağlı fevralın 25-də Yaponiyanın Osaka əyalətində tədbirlər həyata keçirəcək. Bu barədə Trend ə AYDC-nin sədri Rəhman Şahhüseynli məlumat verib.

Konfransda soyqırım qurbanlarının xatirəsi yad ediləcək, ermənilərin törətdiyi vəhşiliklər barədə danışılacaq, Xocalı soyqırımı, Malıbəyli qətliamı və digər faciələr, Azərbaycanın 20 faiz ərazisinin işğal edilməsi barədə məruzələr ediləcək. Konfransdan sonra sərgi təşkil olunacaq, Xocalı soyqırımını əks etdirən video və foto materiallar nümayiş olunacaq. Sərgi ilə bərabər, Xocalı soyqırımına dair imzatoplama kampaniyası keçiriləcək. Xocalı soyqırımını və erməni təcavüzünü pisləyən bəyannamə qəbul olunacaq və imzalarla birlikdə Yaponiyanın Baş Nazirinə, Parlamentin hər iki palatasına göndəriləcək.

Xəbər lenti

Xəbər lenti