...

Dünyanın aparıcı diaspor təşkilatları Bakıda toplaşacaq

Cəmiyyət Materials 16 Mart 2007 12:39 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir E. Hüseynli/ Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla Iş üzrə Dövlət Komitəsi dünyanın aparıcı dövlətlərinin diaspor təşkilatları nümayəndələrinin iştirakı ilə Bakıda toplantı keçirməyi planlaşdırır. Bu barədə komitə sədri Nazim İbrahimov məlumat verib. Onun sözlərinə görə, irland, polyak, ingilis, və digər böyük dispor təşkilatları ilə əlaqələr yaradılıb, əməkdaşlıgı gücləndirmək üçün bir sıra layihələr həyata keçiriləcək.

İbrahimov onu da vurgulayıb ki, xarici ölkələrdə fəaliyyət göstərən Azərbaycan məktəblərini dərs vəsaitləri ilə təmin etmək üçün komitənin kifayət qədər əyani vəsaiti var. Bununla baglı müraciət daxil olan kimi komitə həmin dövlətlərə dərs vəsaitləri göndərir.

Xəbər lenti

Xəbər lenti