...

"Noto bene" qəzetinin əməkdaşlarının məhkəməsi keçirilib

Cəmiyyət Materials 10 Aprel 2007 14:43 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K. Zərbalıyeva/ Apellyasiya Məhkəməsində bu gün hakim Mirpaşa Hüseynovun sədrliyi ilə "Nota bene" qəzetinin əməkdaşı Fərəməz Novruzoğlunun və qəzetin baş redaktoru Sərdar Əlibəylinin apellyasiya şikayəti üzrə məhkəmə iclası təxirə salınıb. M.Hüseynov Trend ə bildirib ki, prosesdə iddiaçının və cavabdehlərin çıxışları dinlənilib. F.Novruzoğlu fikirlərində haqlı olduğunu bildirib və barəsində bəraət hökmünün çıxarılmasını istəyib. Aprelin 13-də keçiriləcək iclasda məhkəmə bu işlə bağlı yekun qərar qəbul edəcək.

F.Novruzoğlu və S.Əlibəyli Cinayət Məcəlləsinin 147-ci (böhtan) və 148-ci (təhqir) maddələri ilə təqsirli biliniblər. Nərimanov rayon məhkəməsi daxili işlər naziri Ramil Usubovun və Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun iddiaları əsasında F.Novruzoğlunu 2 il müddətinə azadlıqdan məhrumetmə cəzasına, S.Əlibəylini isə 6 ay müddətinə islah işlərinə məhkum edib.

Xəbər lenti

Xəbər lenti