...

Azərbaycanın Quba rayonunda aşkarlanan məzarlıqlarla bağlı İsrail parlamentinin nümayəndə heyəti əraziyə səfər edəcək

Cəmiyyət Materials 17 Aprel 2007 14:40 (UTC +04:00)

Azərbaycan, Quba / Trend müxbir A.Qafarov/ Azərbaycanın Quba rayonu ərazisində aşkarlanan insan cəsədləri qalıqlarının ermənilər tərəfindən törədilən soyqırımdakı insanların olduğuna dair rəsmi rəy verildikdən sonra İsrail parlamentinin daha geniş tərkibli nümayəndə heyəti mayın əvvəllərində Azərbaycana səfər edəcək. Bu barədə çərşənbə axşamı Qubada səfərdə olan İsrail parlamentinin vitse-spikeri Amnon Koyen açıqlama verib. Onun sözlərinə görə, bu, sübuta yetirildiyi halda İsrail parlamenti faktla bağlı dünya parlamentində təbliğat işləri aparacaq.

Qubada səfərdə olan İsrail parlamentinin nümayəndələri rayonda dağ yəhudilərinin kompakt yaşadığı qəsəbədə olublar. Daha sonra qəsəbədə fəaliyyət göstərən məktəb və sinaqoqa baş çəkiblər.

Xəbər lenti

Xəbər lenti