...

Azərbaycanın peşəkar boksçusu Əli İsmayılov: "WBO-Latino titulunu qoruyub saxlamaqla mən gələcək planlarımı həyata keçirə bilərəm"

Cəmiyyət Materials 14 İyul 2007 12:59 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend Z.Səfərov/ "Yalnız WBO-Latino kəmərini qoruyub saxlamaqla mən gələcək planlarımı həyata keçirə bilərəm". Bu barədə Trend ə Azərbaycanın peşəkar boksçusu Əli İsmayılov Bakıda keçirilə biləcək görüşün vacibliyini vurğulayarkən bildirib.

İdmançı etiraf edib ki, artıq EBU-EU versiyası üzrə bir neçə reytinq görüşü keçirib və onun WBO-Latino kəmərinin müdafiəsindən sonra növbəti döyüşə dekabr ayında çıxacağı gözlənilir. "Mümkündür ki, mənim rəqiblərim Sankt-Peterburq rinqindəki görüşdən imtina edən belçikalı İsmayıl Abdul olsun. Lakin mən fikirləşirəm ki, bu dəfə bu görüş mütləq baş tutacaq" - deyə İsmayılov bildirib.

Qeyd edək ki, Əli peşəkar rinqdə yalnız bir dəfə məğlub olub, bu, Rusiyalı Vadim Tokarevlə baş tutan görüş zamanı baş verib.

Xəbər lenti

Xəbər lenti