...

"Xəzər"in forvardı Çempionlar liqasının yeni mövsümündə vurulan ilk qolun müəllifi olub

Cəmiyyət Materials 18 İyul 2007 12:46 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend Z.Səfərov/ "Xəzər"in forvardı Zaur Ramazanov builki Çempionlar liqası mövsümündə vurulan ilk qolun müəllifi olub.

Bu, Gürcüstan çempionu "Olimpi" (Rustavi) ilə Qazaxıstanın "Astana" komandaları arasında keçirilən oyun qolsuz heç-heçə başa çatdığı üçün mümkün olub.

Lənkəranlılar isə Ramazanovun səyləri ilə rəqibin qapısından qol keçirə biliblər. Zaur Zaqreb "Dinamo"sunun qapıçısı Georq Koxa heç bir şans verməyib. Xorvatlar hesabı bərabərləşdirsə də, ötən mövsümün yekunlarına əsasən, milli birinciliyin ən yaxşı bombardiri öz adını Çempionlar liqasının tarixinə yazdıra bilib. Zaur aktivindəki qolların sayını bir həftə sonra Zaqrebdə keçiriləcək oyunda artıra bilər.

Xəbər lenti

Xəbər lenti