...

Siyasi Məhbus Məsələləri üzrə İşçi qrupun iclasında həbsdə olan jurnalistlərlə bağlı məsələ müzakirə olunub

Cəmiyyət Materials 18 İyul 2007 15:31 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K.Zərbalıyeva/ Bu gün Milli Məclisdə Siyasi Məhbus Məsələləri üzrə İşçi qrupun növbəti toplantısı keçirilib. İşçi qrupun üzvü Sahib Məmmədov çərşənbə günü Trend ə bildirib ki, həbsində siyasi motiv olan şəxslərin məsələsi toplantının müzakirə mövzusu olub. İclasda həbsdə olan jurnalistlərlə bağlı məsələ müzakirə edilib. Bu problemin ölkənin imicinə ciddi zərər vurduğunu qeyd edən hüquq müdafiəçiləri həbs olunan jurnalistlərin azad olunmasını vacib sayıblar.

Xəstə məhkumlarla bağlı məsələ də iclasda müzakirə edilib. Onların cəzalarının böyük hissəsini çəkdiyini əsas gətirən hüquq müdafiəçiləri xəstə məhkumların əfv olunmasını da vacib sayıblar. Hüquq müdafiəçisi Səidə Qocamanlı sabiq səhiyyə naziri Əli İnsanovun xəstə olduğunu və onun müalicəsi üçün şərit yaradılması məsələsini qaldırsa da, iclasda iştirak edən Penitensiar Xidmətin əməkdaşı İnsanovun səhhəti ilə bağlı ciddi problem olmadığını bildirib.

İşçi qrupun növbəti iclasının sentyabrda keçirilməsi qərara alınıb.

Xəbər lenti

Xəbər lenti