...

Emil İbrahim Məmmədov iri caz- layihə hazırlayır

Cəmiyyət Materials 30 İyul 2007 17:39 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 iyul /müx.TrendLife Eldar Hüseynzadə/Caz mərkəzinin art-direktoru, cazmen Emil İbrahim Məmmədov hazırda özünün caz-layihəsi ilə məşğuldur. Emilin TrendLife-a verdiyi məlumata görə, layihə bütünlüklə qeyri-adi olacaq.

Burda caz Azərbaycan xalq musiqisi ilə qarışacaq. Belə miksi tez-tez edirlər. "Öz kompozisiyamda mən tardan, nağaradan, uddan istifadə edəcəyəm. Yazılmağını isə xaricdə həyata keçirəcəyəm. Əsas odur ki, onu Qərb musiqiçiləri ilə həyat keçirəcəyəm, özü də yüksək səviyyədə. Ümid edirəm ki, layihə ilin sonuna kimi hazır olacaq" - deyə Emil qeyd etdi.

Xəbər lenti

Xəbər lenti