...

Bakının 2020 Olimpiya Oyunlarına namizədliyi üçün ölkə miqyaslı dəstək kampaniyasına start verilib (FOTO)

İdman Materials 14 Mart 2012 15:59 (UTC +04:00)
Bakı şəhərinin 2020-ci il Olimpiya Oyunlarına namizədliyi üçün ölkə miqyaslı dəstək kampaniyasına start verilib.
Bakının 2020 Olimpiya Oyunlarına namizədliyi üçün ölkə miqyaslı dəstək kampaniyasına start verilib (FOTO)

Azərbaycan, Bakı, 14 mart /Trend, müxbir M.Əliyev/

Bakı şəhərinin 2020-ci il Olimpiya Oyunlarına namizədliyi üçün ölkə miqyaslı dəstək kampaniyasına start verilib.

Trend İnformasiya Agentliyinin mətbuat mərkəzində çərşənbə günü keçirilən tədbirdə Bakı-2020 Təşkilat Komitəsinin icraçı direktoru Könül Nurullayeva bildirib ki, Olimpiya Oyunlarının keçirilməsində xalqın dəstəyinə ehtiyac var.

"Bu kampaniyada Olimpiya Oyunlarına 1 milyon və daha çox dəstək imzası toplamaq niyyətindəyik", - o deyib.

Nurullayeva həmçinin qeyd redib ki, bu yaxınlarda ölkə üzrə keçirilən sorğunun nəticələri də Azərbaycan ictimaiyyətinin əsas hissəsinin Olimpiya Oyunlarının Bakıda keçirilməsinə dəstək verdiyini göstərib.

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Şahin İsmayılov mətbuat konfransında bildirib ki, kampaniyada tələbələr də yaxından iştirak edəcəklər. "39 ali təhsil müəssisəsi və 10 minlərlə üzvümüzlə bu kampaniyaya qatılacağıq", - o deyib.

Onun sözlərinə görə, kampaniya ərzində tələbələrdən ibarət könüllülər cəlb olunacaq.

Olimpiya çempionu Zemfira Meftəhəddinova tədbirdə bildirib ki, Olimpiya Oyunlarının Bakıda keçiriləcəyi təqdirdə, bütün dünya görəcək ki, Azərbaycan həm idman sahəsində deyil, qonaqpərvərlik və sülhsevərliklə də seçilir.

Olimpiya çempionu Fərid Mansurov isə tədbirdə qeyd edib ki, ölkə ictimaiyyəti Olimpiya Oyunlarının Bakıda keçirilməsini istəyir.

Azərbaycanda Bakının namizədliyi ilə bağlı Təşkilat Komitəsi yaradılıb.

2020-ci il Yay Olimpiya Oyunlarının keçirilməsi üçün Bakı ilə yanaşı Madrid, Tokio, İstanbul və Qətərin paytaxtı Doha şəhəri də iddialarını irəli sürüblər. BOK namizəd şəhərləri bu ilin may ayında seçəcək.

2012-ci ilin aprel ayında BOK-un İcraiyyə Komitəsinin iclasında 6 iddiaçı ölkədən hansının növbəti mərhələyə keçməsinə qərar veriləcək, həmin qərar isə rəsmi olaraq mayın 20-25-də Kanadanın Kvebek şəhərində elan olunacaq.

BOK ikipilləli seçimdən sonra 7 sentyabr 2013-cü ildə Argentinanın paytaxtı Buenos-Ayres şəhərində Olimpiadaya ev sahibliyi edəcək şəhərin adını açıqlayacaq.

Xəbər lenti

Xəbər lenti