...

"Bakı" boliviyalı futbolçu ilə müqavilə imzaladı

İdman Materials 11 İyun 2012 15:27 (UTC +04:00)
"Bakı" futbol klubu Boliviya milli komandasının şərəfini qoruyan 27 yaşlı müdafiəçi Edemir Rodriges ilə 1 illik müqavilə imzalayıb.
"Bakı" boliviyalı futbolçu ilə müqavilə imzaladı

Azərbaycan, Bakı, 11 iyun /Trend/

"Bakı" futbol klubu Boliviya milli komandasının şərəfini qoruyan 27 yaşlı müdafiəçi Edemir Rodriges ilə 1 illik müqavilə imzalayıb.

Trend klubun rəsmi saytına istinadən məlumat verir ki, Rodriges bu gün komandanın səhər məşqinə qatılıb.

"Azərbaycandakı futbol həyatı mənim karyeramda yeni bir təcrübə olacaq. Əsas heyətə düşüb Avroliqada komandama kömək etmək üçün üzərində çox işləməliyəm. Çox şadam ki, "Bakı" kimi böyük bir klubun formasını geyəcəyəm. Mən yeni oyunçuyam. Təbii ki, əsas heyətdə yerim təmin olunmayıb. Bunun məsuliyyətini anlayıram və çalışacağam ki, baş məşqçimizin etimadını qazanıb komandama xeyir verim. İnanıram ki, "Bakı"ya faydalı olacağam", - cənubi amerikalı futbolçu fikirlərini belə ifadə edib.

Rodriges 1984-cü ilin 21 oktyabr tarixində anadan olub. 2004-cü ildən etibarən Boliviyanın "Real Potisi" və "Bolivar" klublarında çıxış edib. Boyu 175 sm, çəkisi 69 kiloqramdır. Boliviya milli komandasının heyətində 12 oyun keçirib, 1 qol vurub.

Xəbər lenti

Xəbər lenti